Liman və giriş kanalı
Bazanın əsas imkanlarına limana giriş kanalı daxildir, o, xaricdən qoruyucu strukturla
(dalğaqıranla) qorunur, maksimum 6 metrə qədər çəkmə qabiliyyəti olan gəmilərin üzməsi üçün
uyğundur. Giriş kanalı naviqasiya avadanlığı ilə təchiz olunub. Kanalın yaxınlığında yerləşən iki
lövbər dayanacağı Azərbaycan Hərbi Donanması tərəfindən quraşdırılmış periferik buylar
vasitəsilə qeyd olunmuş əlavə imkandır.
Dəniz əməliyyatlarına xidmət bazasının limanında suyun dərinliyi 6 metr olacaq, dərin sulu
körpü istisna olmaqla, burada suyun dərinliyi 8 metr olacaq. Bütün sahələr, giriş kanalı, liman və
lövbər dayanacaqları yerli Hidroqrafiya İnstitutu tərəfindən nəşr olunan naviqasiya xəritələrinin
son versiyasına daxil edilmişdir.
Yanalma / yükboşaltma körpüsü
Dalğaqıranın üzərində inşa edilmiş yanalma/yükboşaltma körpüsünün eni 10 m, ümumi
uzunluğu isə 800 m təşkil edir, (orta ümumi uzunluğu 70 m olan) lövbərlərin quraşdırılması
üçün 10 ədəd təchizat/yedək gəmilərinin və ya gələn gəmilərin ümumi uzunluğundan asılı
olaraq daha çox və az sayda gəmilərin yerləşdirilməsi üçün yararlıdır.
Körpünün yanalma qurğusunda 63 tonadək dartmanı təmin etmək üçün nəzərdə tutulmuş
kraneslər və knextlər, həmçinin körpünü polad troslardan qorumaq üçün polad çərçivələr
quraşdırılacaqdır.
841m-lik yükləmə körpüsündə, 237 m ölçüdə olan ərazi - 300 kN / m2 yük tutumunu, 100 kN /
m2 ölçüdə olan ərazi - 534 m yük tutumunu təmin etmək üçün nəzərdə tutulacaqdır. Bundan
əlavə, 300 kN / m2 yük tutumunu təmin etmək üçün nəzərdə tutulmuş yükləmə limanında 1 ədəd
sertifikatlaşdırılmış knext quraşdırılacaq. Bu knext yanalmada əməliyyatı zamanı 200 ton
gücündə dartmanı təmin etmək üçün nəzərdə tutulacaq.
Bütün körpülərdə elektrik enerjisinin sahildən gəmiyə ötürülməsi üçün nəzərdə tutulmuş elektrik
qurğuları, şirin suyun təchizatı məntəqələri, drenaj sistemi və yanğınsöndürmə hidrantları,
həmçinin müvafiq SƏTƏM nişanları və avadanlıqları quraşdırılacaq.
Açıq və qapalı anbar sahələri
Qapalı ərazidə saxlamanı təmin etmək üçün iki anbar mövcuddur, onlardan biri 2,600 m2 (iki
mərtəbəli və əlavə göyərtə ilə təchiz olunmuş) ölçüdə olan saxlama sahəsinə və 300 KN/ m2 yük
tutumuna malikdir. Bu anbarda 10 və 5 tonluq təhlükəsiz iş yüküna malik olan iki yük kranı
yerləşdiriləcək.
Ölçüsü bir qədər kiçik olan anbar 1,100 m2 ölcüdə saxlama sahəsinə və 300 KN/m2 yük
tutumuna malik olacaq və təhlükəsiz iş yükü 5 ton olan yük kranı ilə təchiz olunacaq.
Hər iki anbar mobil kabin tipli konteyner ofisindən ibarət olacaq, havalandırma sistemi, elektrik
enerjisi, telefon, təhlükəsizlik sistemi, yanğınsöndürmə sistemləri/avadanlıqları və SƏTƏM
nişanları ilə təchiz olunacaq.
Qapalı saxlama sahəsinə əlavə olaraq, 30,000 m2 ölçüdə və yük tutumu 100 KN/m2-dən 300
KN/m2-dək olan açıq saxlama/anbar sahəsi və drenaj sistemi mövcud olacaq. Mobil kranın və ya
yükləyicinin girişini təmin etmək üçün açıq saxlama sahəsinin/anbarın daxilində yığcam yollar
çəkiləcək. Sifarişçinin tələblərinə uyğun olaraq, əlavə yükqaldırma dayaqları və qruntun/yükün
izolyasiya dayaqları təmin ediləcək.
Gəmi təmiri körpüsü
Gəmi təmiri üçün nəzərdə tutulmuş yanalma körpüsünün eni 30m, ümumi uzunluğu 230 m təşkil
edir, (ümumi uzunluğu 70 m olan) 2 gəminin və uzunluğu 100 m artıq olan eni isə 25 m artıq
olmayan 1 ədəd gəminin yerləşdirilməsi üçün yaralıdır.
Körpünün yanalma qurğusunda 63 tonadək dartmanı təmin etmək üçün nəzərdə tutulmuş
kraneslər və knextlər, həmçinin körpünü polad troslardan qorumaq üçün polad çərçivələr
quraşdırılacaqdır.
Təmir körpüsünün 230 metr ərazisi, 100 KN/m2 yük tutumunu təmin etmək üçün nəzərdə
tutulacaq və sahildən gəmiyə elektrik enerjisinin təchizatı sistemi, drenaj sistemi,
yanğınsöndürmə hidrantları, SƏTƏM nişanları və avadanlıqları ilə təchiz olunacaq.
Bu gəmi təmiri fəaliyyətinin qeyri aktiv dövrlərində gəmi təmiri üçün nəzərdə tutulmuş körpünü
yanalma əməliyyatları üçün istifadə olunmasını mümkün edir.
Gəmi təmiri sexləri
Hal-hazırda, xidmət bazasının anbarının yaxınlığında və gəmi təmiri körpüsündən 20 m
məsafədə, AAM bazasının tikintisinin dəstəklənməsi üçün nəzərdə tutulmuş və hər biri 570 m2
ölçüdə ərazini əhatə edən iki müvəqqəti sex mövcuddur. Bu sexlər ləğv olunaraq aşağıdakı iş
stansiyalarının (sexlərin) yerləşdirilməsi üçün müvafiq ölçülü sexlə əvəz olunacaq:
-
Gövdə-qaynaq sexi
-
Çilingər, dəzgah və boru sexlərini özünə daxil edən mexaniki sex
-
Elektromontaj sexi
-
Taxta emalı sexi
-
Rəngləmə sexi
-
Alətlər sexi və laboratoriya
Yuxarıda sadalanan stansiyalara əlavə olaraq, tələb olunarsa, gəmi təmiri fəaliyyətinin və dəniz
əməliyyatlarına xidmət bazasının dəstəklənməsi üçün kompressor və oksigen stansiyaları
tikiləcək və avadanlıqla təchiz olunacaqlar.