Ümumi İmkanlar və İnfrastruktur
Ofis Binası
Bazanın ofis imkanları üç mərtəbəli binada yerləşir, buraya bazanın və gəmi təmiri işləri üzrə rəhbərlərin,
sifarişçinin nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulmuş 1,984 m 2 ölçüdə ofis sahəsi daxildir.
Həmçinin ofis binasına hər biri 640 m2 (ümumi sahəsi 1280 m2) ölçüdə olan zirzəmi və çardağdan ibarət
olan 2 sahə daxildir. Lazım gələrsə, zirzəmi və mansard sahəsi yeməkxananın, kommunal avadanlığın
yerləşdirilməsi üçün yenidən qurula bilər və ya əlavə ofis otaqlarının yaradılması üçün modernizasiya edilə
bilər. Ofislər sanitar-məişət otaqları, kommunikasiya (yerüstü telefon xəttləri, gəmi radiostansiyası) İT
infrastrukturu, havalandırma sistemi, yanğının müəyyən edilməsi və söndürülməsi sistemləri, SƏTƏM
nişanları və avadanlıqları ilə təmin olunub.
Avtomobil Dayanacağı və Yollar
Bölmə 4-də başqa cür qeyd olunmayıbsa, bazaya aparan və bazada mövcud olan bütün yollar beton ilə
örtüləcək və gəmilərin yükləmə və təmir körpülərində, anbarlarda və sexlərdə ağır yükün təmin edilməsi
üçün lazım olan yükgötürmə qabiliyyətinə uyğun olaraq çəkiləcək.
Salyan şosesindən AAM bazasına girişi asanlaşdırmaq üçün, şimal istiqamətində, ağır yükün daşınması üçün
nəzərdə tutulmuş 150 m uzunluğunda çəkilmiş yol AAM bazasının giriş yol sisteminin bir hissəsi olacaq.
Bundan əlavə, bazanın ofis obyektlərinin ətrafında asfalt örtüklü avtodayanacaq yeri (təxminən 60
yer) mövcud olacaq.
Bazada müvafiq ölçülü fövqəladə generatorların vasitəsi ilə dəstəklənən xüsusi elektrik təchizatı sistemi
(380V/400V, 3 faza, 50Hz, 200 kva) quraşdırılacaq.
Xüsusi (şirin və içməli) su təchizatı sistemi bazanın bütün obyektlərində, eləcə də gələn gəmilərə təchiz
etmək üçün körpülərdə quraşdırılacaqdır.
Əlavə İmkanlar
Bazanın obyektlərini və gəmi təmiri işlərini dəstəkləmək üçün aşağıdakı imkanlar təmin ediləcəkdir:
Sağlamlıq üçün təhlükəli olan maddələrin Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət qaydalarının
tələblərinə uyğun olaraq saxlanılması;
-
Takelaj avadanlığının, sertifikatların reyesteri ilə birlikdə saxlanılması;
-
Bazanın işçiləri və gəmi təmiri heyətinin işçiləri üçün nəzərdə tutulmuş ayrıca sanitar-məişət,
geyinib-soyunma otaqları və ilkin tibbi yardımın göstərilməsi üçün avadanlıq.
-
24/7/365 əsasda işçi heyətlə təmin edilmiş təhlükəsizlik məntəqələrinin bazaya girişdə və körpüdə
yerləşdirilməsi.